"Boavişta"nın baş məşqçisi Kamran Ağayevdən danışdı

Azərbaycan milli komandasının üzvü Kamran Ağayev "Boavişta" klubu ilə yollarını ayırır.

Newsport.az-ın məlumatına görə, artıq Portuqaliyanı tərk edən təcrübəli əlcək sahibi Bakıdadı.

Kamran mövsüm başa çatmamış "Boavişta"dan ayrılıb-ayrılmadığı tam aydın deyil. Bu məsələyə aydınlıq gətirmək üçün Porto klubunun baş məşqçisi Migel Lealla əlaqə saxladıq. Portuqaliyalı mütəxəssis Ağayevlə heç bir probleminin olmadığını bildirib:

"Çünki o, yaxşı qapıçıdır. Hər zaman Kamranın xoşlamışam. Əslində, bu mövzuda çox danışmaq istəmirəm. Çünki onunla bağlı məsələləri rəhbərlik daha dəqiq bilir. Kamran Ağayevlə heç danışmamışıq. O, mənə heç bir şey deməyib".

Xatırladaq ki, Kamran ötən yay keçdiyi "Boavişta"da sonuncu matçını 3 ay öncə keçirib. O, "Benfika" ilə çempionat oyunundan sonra rəqib futbolçuları dalaşdığına görə Portuqaliya Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalandırılandan sonra ümumiyyətlə, heyətdən kənarda qalıb.

sport24.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right