Kamran Ağayev Azərbaycana qayıtmaqla "Boavişta"nın işini düyünə saldı

Millimizin futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" klubu qapıçı problemi ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, "Sportinq"lə oyunda qasıq nahiyəsindən zədə alan komandanın əsas qapıçısı Vaqnerin bir müddət oynaya bilməyəcəyi bəlli olub. Braziliyalı qapıçının bir neçə həftə komandaya kömək edə bilməyəcəyi açıqlanıb.

Əsas qapıçı zədəli olduğu üçün çərçivə ikinci qapıçıya tapşırılmalıdır ki, həmin vəzifəni yerinə yetirən Kamran Ağayev hazırda Azərbaycandadır. Əgər Kamran "Boavişta"nın düşərgəsini tərk etməsəydi, özünü əsas heyətdən sıxışdırraq kənarlaşdıran braziliyalı əlcək sahibini əvəz edə bilərdi. Hətta o, növbəti dəfə özünü yaxşı tərəfdən göstərib, əsas heyətə düşmək uğrunda mübarizə aparardı.

İndiki durumda "Boavişta"nın qapısını gənc Mikael Meyra qoruyacaq ki, o da Kamrandan təcrübəsiz qapıçıdır.

Qeyd edək ki, "Boavişta" Premyer Liqann 29-cu turunda "Pasuş Fereyra"nın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right