"Dmitri Nazarovla fəxr edirəm"

Millimizin üzvü Dmitri Nazarov qış fasiləsindən sonra "Aue"nin sərgilədiyi oyunu ilə diqqətləri öz üzərinə çəkir. 

 

Newsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2-ci Bundesliqada 7 qol vurub və bu qolların 6-sını penalti zərbəsi ilə rəqib qapısından keçirib.

 

Nazarov bu göstərici ilə "Aue"nin əfsanəvi futbolçusu Erler Holqerin rekorduna yaxınlaşıb. Holqer 1980/81-ci il mövsümündə 7 penaltinin hamısını dəqiqliklə yerinə yetirib.

 

Məsələ ilə bağlı açıqlama verən Erlər Holqer Dima ilə qürur duyduğunu bildirib:

 

"Mən Nazarovla fəxr edirəm. O, hər şeyi əla edir. Dmitri penalti vuran zamanı qapıçılar çıxılmaz vəziyyətdə qalır".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right