Səbri və Tüdor arasında qalmaqal "Məqsədin nədir?"

“Qalatasaray”ın Türkiyə Super Liqasının son turunda “Başakşəhər”ə 0:4 hesabı ilə uduzması azarkeşlərin böyük narazılığına səbəb olub. Daramdağından sonra bəzi təfərrüatlar ortalığa çıxır.

 

Newsport.az xəbər verir ki, oyundan bir gün əvvəl özünü Uesli Sneyder və Lukas Podolski ilə birgə start heyətdə görməyən Səbri Sarıoğlu baş məşqçi İqor Tüdorla mübahisə edib. Təcrübəli futbolçu  xorvat mütəxəssisə “Nə etmək istəyirsən, məqsədin nədir?” – deyə sual verib. Tüdor isə “Burada patron mənəm, qərarları da özüm qəbul edirəm” – deyə cavab verib.

 

Bu mübahisdən sonra Səbri “Necə də həvəslisən məşqçi olmağa” deyərək məşqi yarımçıq tərk edib. 32 yaşlı futbolçu oyunun iştirak ərizəsinə yazılmaq istəmədiyini də söyləyib. Səbrinin bu hərəkətindən sonra digər futbolçular susub. İqor Tüdor isə yaşanan hadisələrə xeyli əsəbiləşib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right