"Hər komandaya 4 qol vura bilərik" Luis Enrike

"Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Yuventus"a 0:3 hesabı ilə uduzub.

 

Newsport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Luis Enrike məğlubiyyəti şərh edib:

 

“Bu matç PSJ ilə oyunların davamı kimi oldu. Eyni kabusu yenə yaşadıq. Baş məşqçi olaraq, bu hiss mənim üçün çox ağırdı. İlk hissədəki oyunumuz fəlakət idi. “Necə belə oynadıq” fikrini ağlımdan çıxara bilmirəm. Ancaq yenə də, Parisdə olduğu qədər bərbad oynamadıq. Bəxtimiz də gətirmədi. Yenidən ayağa qalxmaq barədə düşünməliyik. Öz oyunumuzu sərgiləsək, hər komandaya 4 qol vura bilərik”.

 

Qeyd edək ki, bu cütün cavab matçı aprelin 19-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right