Partlayış yerindən məktub tapıldı

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutmalı olan “Borussiya” - “Monako” oyunundan öncə matçın keriləcəyi Dortmund şəhərində partlayışın baş verməsi barədə məlumat vermişdik.

 

Newsport.az xəbər verir ki, partlayışın baş verdiyi ərazidən məktub tapılıb. Məktubu yazan şəxs partlayışa görə məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edib.

 

Hazırda polis məktubu yazan şəxsi axtarır. Dortmund polisinin rəhbəri Qreqor Lanqe mətbuata verdiyi açıqlamada hadisənin terror olduğunu birmənalı surətdə təsdiqləməyib.

 

Partlayış “Borussiya”nın avtobusunun yaxınlığında baş vermiş, hadisə nəticəsində yüngül xəsarət alan Dortmund təmsilçisinin müdafiəçisi Mark Bartra xəstəxanaya yerləşdirilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right