Venger qərarını nə vaxt açıqlayacaq?

“Arsenal”ın baş məşqçisi Arsen Venger klubdakı gələcəyi ilə bağlı yekun qərarı mövsümün sonunda qəbul edəcək. 

Newsport.az-ın məlumatına görə, bu haqda London klubundan məlumat verilib. 

Vengerin “Arsenal”la hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Onun yeni sözləşmə imzalayıb-imzalamayacağı geniş müzakirə mövzusudur. 

London klubunun azarkeşləri komandanın cari mövsümdəki çıxışından narazıdırlar. Ona görə də fanatların çoxu fransız mütəxəssisin gedişinin lehinədir. 

Qeyd edək ki, “Arsenal” hazırda Premyer Liqada altıncı yeri tutur. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right