Reynaldo üçün yeni baş məşqçi

Türkiyənin “Adanaspor” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Adana təmsilçisini Eyüp Arın çalışdıracaq.

O, bu postda ötən günlərdə istefa verən Levent Şahini əvəzləyib. Klubun aşağı yaş qrupları üzrə komandasına baş məşqçi vəzifəsində çalışan Arının əsas vəzifəsi komandanı Superliqada saxlamaq olacaq. Əgər 54 yaşlı çalışdırıcı qarşısına qoyulan məqsədə çata bilsə, onunla yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu Reynaldonun çıxış etdiyi “Adanaspor” Super Liqada geridə qalan XXVII turda cəmi 20 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right