"Lester Siti" yeni "Vardi" tapdı

İngiltərə Premyer Liqasının son çempionu "Lester Siti" həvəskarlar liqasından futbolçu transfer edib.

 

Newsport.az xəbər verir ki, "tülkülər" İngiltərənin 7-ci liqasında mübarizə "Stefford Reyncers"in futbolçusu Coş Qordonu transfer edib. 22 yaşl hücumçu 1,5 illik müqaviləyə qol çəkib.

 

Qordon bu mövsüm həvəskarlar liqasında 11 qol vurub.

 

Xatırladaq ki, "Lester Siti" komandanın əsas oyunçusu olan Ceymi Vardini də 2012-ci ildə həvəskarlar liqasından transfer etmişdi. Vardi "Lester Siti"yə gəldikdən sonra Çempionşip və Premyer Liqanın qalibi oldu, İngiltərə millisinə dəvət aldı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right