Millinin sabiq üzvü özünə yeni klub tapdı

Gecə klubunda içkili halda dava etdiyi üçün "Ştuttqart"dan qovulan Kevin Qrosskroyts futbolçu karyerasını bitirdiyini açıqlasa da, sonradan fikrini dəyişərək, "Borussiya"nın ikinci heyətində formada qalmaq üçün məşqlər edirdi.

 

Newsport.az xəbər verir ki, artıq Almaniya millisinin sabiq üzvü özünə yeni klub tapıb.28 yaşlı futbolçu Bundesliqada mübarizə aparan "Darmştadt"la anlaşıb. Qrosskroytsla 2018/19-cu il mövsümünün sonuna kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Darmştadt" 28 turdan sonra aktivindəki 15 xalla Bundesliqanın son pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right