Sabiq "Qəbələ"li La Liqa klubunun baş məşqçisi oldu

Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams “Qranada”nı çalışdıracaq.

Newsport.az-ın məlumatyına görə, ingiltərəli mütəxəssis La Liqa klubunun “sükanı arxası”na keçib.

Ölkə çempionatında uğursuz çıxışdan sonra baş məşqçi Lukas Alkarazı istefaya göndərən rəhbərlik yeni məşqçi axtarışına ehtiyac duymayıb. Belə ki, bu günlərdə kluba idman direktoru təyin olunan Adams baş məşqçi postuna gətirilib.

Toni Adams eyni zamanda “Qranada”nın çinli sahibi Yon Yiana məxsus DDMC şirkətinin də vitse-prezidentidi.

Qeyd edək ki, La Liqanın XXXI turunda evdə “Valensiya”ya 1:3 hesabı ilə məğlub olan “Qranada” hazırda 20 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right