"Valensiya" Zazayla bağlı qərar verdi

"Valensiya" qış transfer pəncərəsində "Yuventus"dan icarəyə götürdüyü Simone Zazayla bağlı yekun qərarını verib.

Newsport.az-ın məlumatına görə, "yarasalar" futbolçunu birdəfəlik transfer ediblər. "Valensiya" İtaliya millisinin üzvünə görə "Yuventus"a 20 milyon avro ödəyib. Forvardla 2021-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Zaza mövsmün ilk yarısını "Vest Hem"də icarə əsasında keçirmişdi. Yanvar ayında isə "Yuventus" futbolçunu "Valensiya"ya icarə vermişdi.

25 yaşlı futbolçu La Liqada keçirdiyi 14 oyunda 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right