“Roma”nı Paulu Souza çalışdıracaq?

Yayda “Roma”nın baş məşqçisi vəzifəsində dəyişiklik olacağı gözlənilir. 

Newsport.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Luçano Spalettinin paytaxt klubu ilə hazırkı müqaviləsi mövsümün sonunda bitir. Onun iyunda komandadan ayrılacağı ehtimal olunur. 

Spalettini “Fiorentina”nın baş məşqçisi Paulo Souza əvəzləyə bilər. “Roma” rəhbərliyi artıq mövsüm yekunlaşdıqdan sonra “Fiorentina”dan ayrılacaq 46 yaşlı mütəxəssislə danışıqlara başlayıb. 

Qeyd edək ki, Souzanın xidmətində Dortmund “Borussiya”sı da maraqlıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right