Buffon 1000-ə çatdı

İtaliya millisinin qapıçısı Canluici Buffon DÇ-2018-in seçmə mərhələsində Albaniyaya qarşı keçirilən oyunda rekorda imza atıb. 
Newsport.az-ın məlumatına görə, təcrübəli qolkiper yığmada 168-ci oyununa çıxıb ki, bu, avropalı futbolçular arasında rekorddur. 

Buffon aktivində 167 oyun olan İker Kasilyas (İspaniya) və Vitali Astafyevi (Latviya) geridə qoyub. 

Qeyd edək ki, dünyada Buffon cəmi 4 futbolçudan geri qalır. Dünya rekordu isə Misir yığmasında 184 oyun keçirən Ahmed Hassana məxsusdur. 

Onu da əlavə edək ki, Albaniya ilə oyun Buffon üçün milli və klub səviyyəsində 1000-ci qarşılaşmadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right