Joze Mourinyo: “Mançester Yunayted”ə gələndən sonra azarkeşlər dəyişdi”

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “France Football” nəşrinə müsahibə verib.

Newsport.az  həmin müsahibəni təqdim edir. 

- 10 il öncə qeyd etmişdiniz ki, futbolda ad olmadan irəli getmək çətindir. İndi necə düşünürsüz?

- Bəli, bu, hələ də belədir. Ancaq futbol çox dəyişir. Bu dəyişikliklər də mənə çox şey öyrədir. “Mançester Yunayted”ə gələndə həm yaxşı, həm də çətin işlərlə qarşılaşdım. Hər şeyi bir anda qazanmaq və itirmək mümkündür. Məsələn, “Lester Siti”ni Kladudio Ranyeri çempion etdi, lakin 6 ay sonra bu postu tərk elədi. 

- Hər hansı futbolçu transfer edərkən, İngiltərədən olmasına diqqət yetirirsiniz, yoxsa digər çempionatlardan?

- Daha çox digər çempionatlardan. İngiltərədə klubların maliyyə vəziyyəti çox yaxşıdı. Bu səbəbdən bütün qapılar xarici oyunçulara açıq olur. Məsələn, Almaniyada bu vəziyyət başqadı. “Bavariya” “Borrusiya”dan Mario Qötseni aldı. Sonra Robert  Levandovskini və ötən il də Mats Hummelsi. Hazırda Britaniyanın ən prestijli klublarından birində çalışıram. Heç bir klub uzun müddət qalib olaraq qala bilməz. Hər biri özlüyündə inkişaf edir.

- “Mançester Yunayted”ə gəldikdən sonra nə dəyişdi?

- Hər kəsin müəyyən öhdəlikləri vardır. Mənim üçün bütün öhdəliklər vacibdir. Hətta azarkeşlər belə. Mən bura gəlməmişdən öncə, azarkeşlər oyunun bitməsinə 10 dəqiqə qalmış artıq stadionu tərk edirdilər. Ancaq indi son dəqiqəyə qədər komandaya dəstək olurlar. Mən gələndən sonra azarkeşlər dəyişdi. Düşünürəm ki, bu, mənim uğurumdu.

- Məşqçi kimi fəlsəfəniz nədir?

- Adaptasiya olmaq. Kluba, ehtiyacın olduğu hər bir şeyə adaptasiya olmalısan. Buna “ağıllı olmaq” da deyirlər. Nəyə ehtiyacın var , bunu bilməlisən. Mən “Real”a gələndə 10 il olardı ki, Çempionlar liqasında qrupdan belə çıxmağa çətinlik çəkirdilər. Serxio Ramos kimi futbolçu yarım finalda oynamağın nə olduğunu bilmirdi. “Barselona” isə hakim mövqedə idi. Eləcə də “İnter” və “Çelsi”də də eynisini təkrarladım. Bütün bunlara necə sahib olurdum? Necə eyni ssenarini fərqli klublarda qura bilirdim?

- Sizcə, 2017-ci ildə Aleks Ferqyusson və ya Arsen Venger kimi 20 il eyni klubu çalışdırmaq olar?

- Xeyr, belə düşünmürəm. Venger bu siyahıda sonuncu olacaq. Bir daha onlar kimisini yenidən görməyəcəyik. Düşünürəm ki, bir klubda 7, maksimum 10 il kimsə qala bilər. 

- “Çelsi”də ilk əvvəl, “xüsusi birisi”, daha sonra isə özünüzü “xoşbəxt birisi”  adlandırdız. Bəs “Mançester Yunayted”də?

- Burada “sakit birisi” deyərdim. Hər kəs problemlərə həll tapmağı gözləyir. İndiyədək, ən böyük problem, qarşımdakı maneələri geri çevirmək olub. İndi daha təmkinli olduğumu düşünürəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right