Almaniya millisi Bakıya gəlir FOTOLAR

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olacaq Almaniya yığması ölkəmizə yola düşüb.

Newsport.az-ın məlumatına görə, Bundestim Bakı vaxtı ilə saat  17:35-də çarter reytsi ilə Düsseldorf şəhərindən ölkəmizə səfərə çıxıb. Yoahim Lövün komandası gecə saatlarında Bakıya eniş edəcək. 

 

Millimizin rəqibi Bakıda yerləşən "Boulevard Hotel"ində məskunlaşacaq. Almanlar ertəsi gün matçın keçiriləcəyi stadionda oyunöncəsi məşqə çıxacaqlar. Komanda matç başa çatdıqdan sonra ölkəmizi tərk edəcək.

 

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək C qrupunun Azərbaycan - Almaniya oyunu saat 20:00-da başlayacaq. Almaniya 12 xalla qrup lideridir. Azərbaycan millisi isə 7 xalla üçüncüdür.

 

Almaniya millisi Bakıya gəlir – <span style='color: red; background: #FFF; font-weight: bold; font-size: 16px;'>FOTOLAR</span>

Image may contain: one or more people, people sitting and indoor

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right