Xedira Bakıya gələcək?

İngiltərə ilə yoxlama oyunundan öncə məşqlərin birində zədə alan Almaniya millisinin üzvü Sami Xediranın durumuna aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə"Yuventus"un futbolçusunun durumu ciddi deyil. Bunu mətbuata açıqlamasında millinin köməkçi məşqçisi Markus Sorq deyib.

Sonq bildirib ki, Xedira millidən kənarlaşdırılmayacaq: "Xediranın millidən kənarlaşdırılması? Xeyr, bu, doğru deyil. Topuğundakı şişə görə ona İngiltərə ilə oyunda istirahət vermişdik. Əminliklə deyə bilərəm ki, o, milli ilə Bakı səfərinə yollanacaq".

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Bundestimdə zədə səbəbindən Manuel Noyer, Mario Qötse, Marko Roys, Jerom Boatenq və Timo Verner kənarda qalıb. Məsut Özil, Mario Qomes və Yulian Drakslerin müalicəsi isə davam edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right