"Real"ın futbolçusu: "Azərbaycana səfər yorucu olacaq"

Almaniya millisinin və “Real”ın yarımmüdafiəçisi Toni Kroos açıqlama verib.
Newsport.az-ın məlumatına görə , 27 yaşlı yarımmüdafiəçi millimizlə keçirəcəkləri oyun haqda danışıb:

"Uzun yol həmişə xoşagəlməz və yorucu olur. Azərbaycana səfər də bunlardan biridir, yorucu olacaq. Belə olsa da, daha yüksək motivasiya ilə ora yollanmalıyıq. Bizim istəyimiz 3 xalı qazanmaqdır. Səfərdən qələbə ilə dönmək istəyirik və ümid edirəm ki, bunu bacaracağıq". 

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-ı, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right