25 illik dövr başa çatdı

İtaliyanın "Krotone” klubunun prezidenti Raffael Vrenna istefa verib.

Newsport.az-ın məlumatına görə, klub rəhbərinin belə addım atmasına komandanın uğursuz çıxışı səbəb olub. Vrenna açıqlamasında bunları bildirib:

“25 ildən sonra buranı kədərlə tərk edirəm. Krotone balaca şəhər olsa da, ehtiraslı və futbolu sevən azarkeşləri var. “Krotone”nin A seriyasına yüksəlməsini “Lester Siti”nin Premyer Liqa çempionluğu ilə müqayisə etmək olar. Birlikdə möhtəşəm mövsümlər keçirmişik”. 

Qeyd edək ki, "Krotene" hazırda 14 xalla 19-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right