Buffon: "Bəlkə də Zidan kimi mən də kiməsə kəllə ataram"

İtaliya milli komandasının qapıçısı Canluici Buffon karyerası ərzində 1000-ci matçına çıxacaq.

Newsport.az-ın məlumatına görə, "Yuventus"un qolkiperinin yubiliey oyunu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Albaniyaya qarşı keçiriləcək görüşdə baş tutacaq. 39 yaşlı "əlcək sahibi" karyerasını necə bitirəcəyi ilə bağlı suala da cavab verib. O, hələ bu barədə düşünmədiyini bildirib:

"Bu barədə düşünməmişəm. Bəlkə də Zİdan kimi mən də kiməsə kəllə ataram. Bunun üçün hələ vaxtım var. İndi əsas məqsədimiz DÇ-2018-ə necə gedəcəyimizi düşünməkdi"

Qeyd edək ki, Buffon "Parma"da 220, "Yuventus"da 612, milli komandada isə 167 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right