“Co Hartın seçim imkanları çoxdur”

“Mançester Siti”nin “Torino”da icarə əsasında  çıxış edən qapıçısı Co Hart haqqında futbolçunun agenti danışıb.

Newsport.az-ın məlumatına görə, agent qolkiperə çoxsaylı təkliflərin gəldiyini açıqlayıb:

“Mançester Siti” ilə danışıqlara ehtiyac yoxdu. Co Hart üçün bütün qapılar açıqdı. Onun seçim imkanları da genişdir. Çünki o dünyanın ən yaxşı qapıçılarından biridir”.

Xatırladaq ki, Turin klubunun prezidenti Urbano Kayro mövsümün sonunda 29 yaşlı əlcək sahibinə transfer hüququna yiyələnmək istədiklərini bildirmişdi.

Qeyd edək ki, Co Hart 2016-ci ildən “Torino”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right