"Qərarlarımıza hörmətlə yanaşın" "Lester Siti"nin sahibi

"Lester Siti" klubunun sahibi Viçay Srivadxanaprabxa Klaudio Ranyerinin istefasından sonra klubun azarkeşlərinə müraciət edib.

 

Newsport.az xəbər verir ki, taylandlı iş adamı "tülkülər"in fanatlarına komandada xeyli problemlərin olduğunu bildirib:

 

“Rəhbərlik əlindən gələn hər şeyi edir. Bizim bir deyil, milyonlarla problemimiz var. Komandanı xilas etmək üçün bütün imkanlardan istifadə edəcəyik. Siz azarkeşlər əlinizdən gələni etdiniz. Bu çətin dönəmdə sizə təşəkkür edirəm. Sizin hisslərinizi anlayırıq. Xahiş edirəm ki, bizim qərarlarımıza hörmətlə yanaşasız. “Lester Siti”nin batmasına heç vaxt imkan verməyəcəm. 7 ildir ki, bu klub üçün əlimdən gələni edirəm. Sonda onu deyim ki, “instaqram”dan da gedirəm. Siz istədiyiniz kimi oldu, məni bir daha burda görməyəcəksiniz, hələlik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right