Alleqri "Yuventus" rəhbərliyini təhdid etdi

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqrinin Leonardo Bonuççi ilə münaqişəsinin yeni təfərrüatları peyda olub.

Newsport.az-ın məlumatına görə, futbolçu ilə münaqişədən sonra baş məşqçi rəhbərliyi də hədələyib. Onun istəyi klubun Bonuççini buna görə cəzalandırmasıdır. Bu, baş verməyəcəyi halda Alleqri istefa verə biləcəyini bildirib. Əvvəlcə rəhbərlik konfliktə görə hər ikisini cəzalandırmaq istəsə də, Alleqrinin təhdidindən sonra yalnız Bonuççini cəzalandırıb.

"La Gazzetta dello Sport"un məlumatına görə "Palermo" ilə oyundan sonra onlar arasındakı konflikt çox güclü olub. Hətta komanda yoldaşları onlarınarasına girərək sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, baş məşqçi ilə olan problemlər səbəbi ilə Bonuççi "Porto"ya qarşı keçirilən matçın iştirak ərizəsində yer almayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right