Ranyeri: "Yaşadığımız xoşbəxtliyi əsla unutmayacam"

Son İngiltərə çempionu "Lester"dən istefaya göndərilən Klaudio Ranyeri açıqlama verib. 

Newsport.az-ın məlumatına görə, italiyalı çalışdırıcı "Lester"in rəhbərliyinə və azarkeşlərinə təşəkkür edib:

"Sevincimizdən uçduğumuz, Premyer Liqanı qazandığımız mövsümdən sonra sevimli klubum "Lester"də qalmaq mənim xəyalım idi. Əfsuslar olsun ki, belə olmadı. Həyat yoldaşım Rossanaya və mənə dəstək olan ailəmə təşəkkürümü bildirirəm. Əslində, təşəkkürün çox hissəsini "Lester"ə etməliyəm.Yaşadığımız inanılmaz macəranı ölənə qədər unutmayacam. Futbolçulara, köməkçilərimə və klub rəhbərliyinə təşəkkür edirəm. Futbol tarixinin ən böyük hekayəsində bizimlə birlikdə olan mətbuat işçilərinə minnətdarlığımı bildirirəm. Kluba addım atdığım ilk gündən bəri məni ürəklərinə qəbul edən azarkeşlərimiz qarşısında baş əyirəm. Mən də sizi çox sevirəm. Ümid edirəm ki, siz də mənim kimi, bacardığımız şeyləri düşünüb, gülümsəyirsiniz. Yaşadığımız xoşbəxtliyi əsla unutmayacam. Sizinlə birlikdə çempionluq yaşamaq mənim üçün böyük zövq və hədiyyədi". 

Qeyd edək ki, ötən il komandanı çempion etməyi bacaran Ranyeri uğursuz çıxışlara görə ötən gün "Lester"dən göndərilmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right