"Xəzər Lənkəran"ın sabiq baş məşqçisinin yeni klubu müəyyənləşdi

Türkiyə millisindəki köməkçi-məşqçi vəzifəsindən ayrıldıqdan sonra idman proqramlarında şərhçilik edən "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Oğuz Çətinin yeni iş yeri müəyyənləşmək üzrədir.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "Qaziantepspor" klubu ilə anlaşıb. Məlumata görə, o, bu gün klub rəhbərliyi ilə görüşərək 1,5 illik müqavilə imzalayacaq.

Türkiyə 1-ci liqasında çıxış edən klub 21 turdan sonra 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Oğuz Çətin 2014-cü ildə "Xəzər Lənkəran"ı çalışdırmışdı. O, Mustafa Dənizlinin istefasından sonra "ağ-yaşıllar"ın baş məşqçi postuna gətirilmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right