"Qarabağ"ın futbolçusu "Sportinq"i niyə tərk edib?

“Qarabağ”ın futbolçusu Migel Markos Maderanın (Miçel) atası Mişel Markos oğlunun yetirməsi olduğu İspaniyanın “Sportinq” klubunu tərk etməsinin səbəblərini açıqlayıb.

 

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İspaniyanın 3-cu divizionunda çıxış edən "Lenense" klubunun prezideni olan Mişel Markos oğlunun "Sportinq"i maliyyə problemlərinə görə tərk etdiyini deyib:

 

“Miçel məcburiyyət qarşısında bu addımı atdı. Vəziyyətin düzəlməsini gözləyirdi. Amma maliyyə məsələlərinə görə, Miçel “Sportinq”i tərk etdi”.

 

Xatırladaq ki, Migel Markos Madera 2005/10-cu illərdə “Sportinq”də çıxış edib. 31 yaşlı yarımmüdafiəçi Xixon təmsilçisindən sonra “Birmingem” (İngiltərə), AEK (Yunanıstan), “Xetafe” (İspaniya) klublarında çıxış edib. Təcrübəli futbolçu 2015-ci ildə İsrailin “Makkabi” (Hayfa) komandasından "Qarabağ"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right