"Çelsi" Türkiyə millisinin üzvünə "elçi düşdü"

"Çelsi" yarımmüdafiə mövqeyini gücləndirmək üçün çalışmalarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi Leverkuzen "Bayer"inin türk futbolçusu Hakan Çalhanoğlunu gündəminə alıb. Oskarı Çin klubuna satan "zadəganlar" onun boşluğunu Türkiyə millisinin üzvü ilə doldurmaq istəyir.

İngiltərənin nüfuzlu qəzetlərindən olan "The Sun"un yazdığına görə "mavilər" 22 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Antonio Konte gələcəyin böyük ulduzlarından hesab edilən türk futbolçunun trasferində israrlıdı. "Çelsi"nin Çalhanoğlu üçün Almaniya klubuna 15 milyon funt sterliqlik təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Hakan Çalhanoğlu "Bayer"ə 2014-cü ildə "Hamburq"dan 12 milyon avroya transfer edilib. Gənc futbolçu Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 65 matçda 11 dəfə fərqlənməyi bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right