TFF-dən "Fənərbaxça" prezidentinə şok cəza

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın prezidenti Aziz Yıldırıma qarşı sərt cəza tətbiq edib. 

Newsport.az-ın məlumatına görəqocaman klub başqanının 6 ay 15 gün müddətinə stadiona girişi qadağan edilib. Bundan başqa Yıldırıma 190 min türk lirəsi dəyərində cərimə kəsilib. Buna isə "Fənərbaxça" - "Adanaspor" (2:2) matçının final fitindən sonra klub prezidentinin soyunub-geyinmə otağının koridorunda hakimləri təhdid etməsi səbəb olub. Bundan başqa ağır cəzanın verilməsində Yıldırımın sərt açıqlamaları da rol oynayıb. Bu isə o deməkdi ki, cari mövsüm Aziz Yıldırım üçün erkən başa çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right