Kamran Ağayev "Boavişta"nın işini düyünə saldı

Milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun formasını geyindiyi "Boavişta" klubu Portuqaliya Premyer Liqasının 18-ci turunda "Aroka"nın qonağı olacaq.
 

Newsport.az xəbər verir ki, ötən qarşılaşmada 3 oyunluq cəzalı duruma düşən Kamran Ağayev sözügedən matçda iştirak etməyəcək. Yeni transfer Vaqner Silvanın isə sənədlərində problemlər yaşandığı üçün "Boavişta" qapıçı sarıdan çətinliklə üzləşib. Portu təmsilçisi "Muskron" klubundan icarəyə götürdüyü 30 yaşlı qolkiperin sənədlərini federasiyaya təqdim edtsə də, problem öz həllini tapmayıb. Bu problemin oyun gününə qədər həll olunacağı gözlənilmir.

 

Belə olan halda “Boavişta”nın baş məşqçisi Migel Leal 3-cü qapıçı Mamadu Baya güvənəcək. 31 yaşlı seneqallı qolkiperin nadir hallarda meydanda olması 51 yaşlı mütəxəssisi narahat edir.

 

Qeyd edək ki, "Boavişta" Portuqaliya Premyer Liqasının 18-ci turunda "Aroka"nın qonağı olacaq. Oyun 21 yanvar Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right