Çin klubundan Arda Turana növbəti təklif

Çinin "Quançjou Everqrand" klubu "Barselona"nın futbolçusu Arda Turan üçün növbəti təklif göndərib.

Newsport.az xəbər verir ki, Çin klubu Kataloniya təmsilçisinə 50 milyon avro təklif edib. İki klub arasında razılıq əldə olunsa və Arda təklifi qəbul etsə, o, yeni klubunda hazırkı maaşından üç dəfə artığını qazanacaq.

Qeyd edək ki, "Barsa"nın Ardanı satacağı iddia edilir.  Klubun 29 yaşlı oyunçunun satışından gələcək pulla hələ də müqavilənin müddətini yeniləmədiyi Lionel Messi ilə görüşüb ona imza atdırmağa çalışacağı bildirilir.

 

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right