Riçard Almeyda qrup mərhələsini 3-cü yerdə tamamladı!

Avropa Liqasının qrup mərhələsi başa çatıb.
 
Newsport.az xəbər verir ki, həftənin oyunlarından sonra UEFA Avropa Liqasının statistik göstəriciləri açıqlanıb.
 
“Qarabağ”ın futbolçusu Riçard Almeyda ən çox dəqiq ötürmə edən futbolçuların siyahısında qərarlaşıb. Braziliyalı futbolçu 423 ötürmənin 377-də dəqiq oynayıb (89%). O, siyahının 3-cü pilləsində qərarlaşıb.
 

Almeyda siyahıda bu göstəricidə Bruno Soriano, Luiş Neto, Aksel Vitsel, Kevin Strutman, Nenad Tomoviç, Matias Vesino, Milan Badel kimi futbolçuları qabaqlayıb.


İlk pillədə “Roma”nın futbolçusu Leanardo Paredesdir. 22 yaşlı argentinalı yarımmüdafiəçi 490 ötürmənin 457-də dəqiq oynayıb (93%). 2-ci pillədə isə “Mançester Yunayted”inn ulduz futbolçusu Pol Poqbadır. Fransalı yarımmüdafiəçi 425 ötürmənin 381-də səhvsiz olub (94%).
 

Cədvəldə “Qarabağ”ın digər futbolçularından Ansi Aqolli və Qara Qarayev də var:
 
Ansi Aqolli – 298 ötürmə, 266-sı dəqiq, 89 faiz
Qara Qarayev – 288 ötürmə, 266-sı dəqiq, 92 faiz
Rəşad Sadıqov – 277 ötürmə, 250-si dəqiq, 90 faiz
Bədavi Hüseynov – 222 ötürmə, 209-u dəqiq, 94 faiz
Dani Kintana – 198 ötürmə, 177-si dəqiq, 89 faiz.
Maksim Medvedev – 194 ötürmə, 164-ü dəqiq, 85 faiz
İbrahim Şehiç – 186 ötürmə, 144-ü dəqiq, 77 faiz


Siyahıda “Qəbələ”dən ən yaxşı göstərici Rikardinyoya məxsusdur:

 

Rikardinyo – 230 ötürmə, 178-I dəqiq, 77 faiz
Rəşad Sadiqov – 188 ötürmə, 163-ü dəqiq, 87 faiz
Vitali Vernidub – 186 ötürmə, 163-ü dəqiq, 88 faiz
Vojislav Stankoviç – 161 ötürmə, 145-i dəqiq, 90 faiz
Teo Uiks – 161 ötürmə, 141-i dəqiq, 88 faiz
Asif Məmmədov – 141 ötürmə, 118-i dəqiq, 84 faiz
Filip Ozobiç – 136 ötürmə, 105-i dəqiq, 77 faiz





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right