"Barselona"dan "Şapekoense"yə dəvət

İspaniyanın "Barselona" klubu futbolçularını təyyarə qəzasında itirən "Şapekoense" klubuna dəvət göndərib. 

 

Newsport.az xəbər verir ki, La Liqa klubu Braziliya klubunu hər il mövsümün əvvəlində hazırlıq xarakteri daşıyan "Trofoe Gamper" turnirinə dəvət edib. 

 

Bu barədə Kataloniya klubunun rəsmi saytında məlumat yer alıb. Məlumatda bildirilib ki, "Barselona" "Şapekoense"yə istənilən dəstəyi verməyə hazırdı. 

 

Qeyd edək ki, "Şapekoense"ni Kolumbiyaya aparan təyyarə Medelyin şəhərində qəzaya uğramışdı. Qəza nətiəsində hava gəmisində olan 81 nəfərdə 77-si dünyasını dəyişmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right