"Karyeram ərzində işlədiyim ən yaxşı məşqçi Xabi Alonsodur, o xüsusi biridir"

“Bayer”in futbolçusu Alexandro Qrimaldo birlikdə çalışdığı ən yaxşı məşqçinin adını açıqlayıb.

Newsport.az xəbər verir ki, "Bild"ə danışan İspaniya millisinin sol cinah müdafiəçisi Xabi Alonsonun adını xüsusi vurğulayıb:

"Karyeram boyu həm “Barselona”da, həm də “Benfika”da çox yaxşı məşqçilərim olub. Amma işlədiyim ən yaxşı məşqçi Xabi Alonsodur. O, xüsusi biridir. Futbol dünyasında onun kimi məşqçi çox yoxdur".

Qeyd edək ki, Xabi Alonsonun rəhbərliyi altında “Bayer” Bundesliqada "Bavariya"nı 10 xal qabaqlayır. Qrimaldo keçən yay "Benfika"dan azad agent kimi Leverkuzen klubuna keçib. Cari mövsümdə ispan müdafiəçi qol+assistent sistemində 26 xal toplayıb. O, bütün yarışlarda klubun heyətində 37 matçda 11 qol vurub və 15 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right