Bolqarıstan millisinin üzvü Azərbaycan millisi barədə: "İndi zəif komanda yoxdur"

Bolqarıstan millisinin yarımmüdafiəçisi Georgi Kostadinov FİFA mini-turnirində Tanzaniya (22 mart) və Azərbaycana (25 mart) qarşı Bakıda keçirəcəkləri oyunlar barədə danışıb.

Newsport.az “sportal.bg” portalına istinadən xəbər verir ki, yarımmüdafiəçi millimizi də nəzərdə tutaraq hazırda zəif rəqibin olmadığını bildirib:

"Əhval-ruhiyyəmiz yaxşıdır. Hamımız qarşıdakı matçlara köklənmişik. Milli komanda üçün hər oyun önəmlidir. Məşqçinin öz ideyalarını tətbiq etməsi üçün yaxşı vaxtdır. Rəqiblərimizə gəlincə, futbol çox sürətlə inkişaf edir. İndi zəif komanda yoxdur".

33 yaşlı futbolçu 2022-ci ildən APOEL-in(Nikosiya) formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right