Musa Qurbanlı "Qarabağ"ın futbolçularını qabaqladı

Football Observatory (CIES) top-5 liqasının daxil olmadığı, dünyanın 66 çempionatının ən bahalı futbolçularının siyahısını açıqlayıb.

Newsport.az xəbər verir ki, CIES reytinqinə əsasən, Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu Leandro Andradedir.

Onun qiyməti 3 milyon 300 min avrodur. Sonrakı yerdə Toral Bayramov (2,4 milyon avro), Juninyo (2,2), Elvin Cəfərquliyev (1,8) (hamısı "Qarabağ") qərarlaşıb. İlk beşliyi isə “Sabah”ın yarımmüdafiəçisi Kahim Parris (1,3) tamamlayıb.

Bundan əlavə, analitiklər İsveç çempionatının ən bahalı 10 futbolçusu siyahısına “Yurqorden”in azərbaycanlı hücumçusu Musa Qurbanlının adını da daxil ediblər. Qurbanlı 9-cu yerdə qərarlaşıb və onun qiyməti 3 milyon 400 min avro civarında dəyərləndirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right