Niderland klubu "Barselona"nın müdafiəçisi üçün 10 milyon ödəməlidi

"Barselona"nın futbolçusu Serjinyo Dest karyerasını Niderlandda davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, hazırda PSV-də icarə əsasında çıxış edən müdafiəçi yayda bu klubla transfer müqaviləsi imzalamağı planlaşdırır.

Eyndhoven təmsilçisi Destin transfer hüququna yiyələnmək niyyətindədir. ABŞ millisinin üzvü özü də, PSV ilə uzunmüddətli müqavilə imzalaq istəyir.

Bunun üçün isə "Barselona"ya 10 milyon avro ödənilməlidir. Dest 2023-cü ilin avqustunda icarə əsasında PSV-yə keçib. Onun icarə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

Destin Kataloniya təmsilçisi ilə müqavilə müddəti isə 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right