Ərəblərdən “Barselona”ya 80 milyon avroluq təklif

Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu “Barselona”ya 27 yaşlı cinah oyunçusu Rafinya üçün 80 milyon avroluq təklif göndərib.

Newsport.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Kataloniya klubunun rəhbərliyi və məşqçilər korpusu Rafinya ilə ayrılmaq istəmir, amma başa düşürlər ki, Səudiyyə Ərəbistanı klubunun braziliyalı futbolçunun təxmini dəyərini üstələyən təklifi var.

Rafinya bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right