ÇL-də 1/4 finala yüksələn komandalar və püşkün vaxtı

Çempionlar Liqasının 1/4 və 1/2 final mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Newsport.az xəbər verir ki, sabah İsveçrənin Nyon şəhərində keçiriləcək tədbiq Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

1/4 finalın ilk oyunları aprelin 9 və 10-da, cavab matçları isə aprelin 16 və 17-də olacaq. Yarımfinalın ilk görüşləri aprelin 30-da və mayın 1-də, cavab qarşılaşmaları isə mayın 7-də və 8-də keçiriləcək.

2024-cü il Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı "Uembli" stadionunda təşkil olunacaq.

Qeyd edək ki, ÇL-də 1/4 finala "Arsenal", "Mançester Siti", "Barselona", "Real", PSJ, "Bavariya", "Atletiko", "Borussiya (Dortmund) yüksəlib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right