Simone İnzaqi: Uduzmağa öyrəşməmişik

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko”ya məğlub olmalarını dəyərləndirib. Newsport.az xəbər verir ki, onun komandası rəqibinə (1:0, 1:2) penaltilər seriyasında uduzub:

“Əlbəttə, məyusuq. Ancaq bütün ailəmiz Çempionlar Liqasında etdiklərimizlə fəxr etməlidi. İkinci hissədə daha yaxşı oynamalıydıq. Əlavə vaxtda daha çox gücümüz var idi, təəssüf ki, çoxlu səhvlərə yol verdik. Uduzmağa öyrəşməmişik. Dimarkonun qolundan sonra ümumi hesabda 2:0 öndə idik və həmin an daha yaxşı müdafiə olunmalı idik”.

Çalışdırıcı xırda detalların həlledici rol oynadığını düşünür: “Hamımız başa düşürük ki, bu səviyyədə görüşdə hər detal həlledici rol oynaya bilər. Futbolçuları qınamağa heç nəyim yoxdu”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right