"Qarabağ"da oynamış müdafiəçi klubsuz qaldı

"Qarabağ"ın sabiq müdafiəçisi Donald Gerye hazırda özünə komanda axtarır.

Newsport.az xəbər verir ki, haitili futbolçu son olaraq müqavilə imzaladığı Litvanın "Panejevis" klubundan da ayrılıb.

Panejevis təmsilçisi Gerye ilə yoluna davam etmək istəməyib.

34 yaşlı futbolçu ölkəmizdə "Qarabağ" (2017-2019, 2020-2021), "Neftçi" və "Zirə" komandalarında oynayıb. 

Bununla yanaşı, haitili “Visla”(Krakov), “Alanyaspor”, “Apollon”(Limassol), “Veçista”, “Olimpiakos”(Nikosiya) komandalarının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right