Patrik Andradenin millisinin 1/4 finaldakı rəqibi müəyyənləşdi

Kot-d'İvuarda keçirilən Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu mərhələyə sonuncu vəsiqəni Cənubi Afrika Respublikası qazanıb. CAR millisi 1/8 finalda Mərakeşi 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Onlar 1/4 finalda "Qarabağ"ın futbolçusu Patrik Andradenin də şərəfini qoruduğu Kabo-Verde millisinə rəqib olublar. 

1/4 final mərhələsinin matçları 2-3 fevral tarixlərində keçiriləcək. 

2 fevral

Nigeriya - Anqola
Konqo - Qvineya

3 fevral

Mali - Kot-d'İvuar
Kabo-Verde - CAR





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right