Ronaldonun komandasından yeni transfer

“Əl-Nəsr” Avstraliyanın müdafiəçisi Əziz Behiçin transferini açıqlayıb. Newsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 33 yaşlı futbolçunu heyətinə cəlb edib.

O, mövsümün sonuna kimi “Melburn Siti”dən icarəyə götürülüb. Behiç əvvəllər PSV, “İstanbulspor”, “Bursaspor”, “Kayserispor”, “Dandi Yunayted” kimi klubların formasını geyinib. Futbolçu bu mövsüm “Melburn”da 16 oyunda 1 qol, 2 assistlə yadda qalıb.

Qeyd edək ki, “Əl-Nəsr” hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında 2-ci yerdədi. Klubda çıxış edən futbolçular arasında Kriştiano Ronaldo, Sadio Mane, Marselo Brozoviç və Aymerik Laport kimi ulduzlar var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right