"Mançester Siti"nin hücumçusu zədəsini sağaldıb

İngiltərənin "Mançester Siti" klubunun aparıcı futbolçusu Erlinq Holann zədəsini tam sağaldıb.

Newsport.az xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında bildirib.

Norveçli hücumçu komanda ilə məşqləri bərpa edib. O, yanvarın 31-də "Bernli"yə qarşı Premyer Liqanın XXII turunun matçında iştirak edə bilər.

Qeyd edək ki, Holann cari mövsüm komandada 22 oyuna çıxıb, 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right