Rakitiç "Sevilya"dan ayrıldı

"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç klubdan ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb.

Daha əvvəl 35 yaşlı futbolçunun Səudiyyə Ərəbistanının “ƏL-Şəbab” klubuna keçməyə hazırlaşdığı bildirilirdi. Rakitiç "Sevilya"nın yeni baş məşqçisi Kike Sançes Floresin rəhbərliyi altında az oyun şansı almağından narazı idi. Həmçinin onun "Əl-Şəbab"la 2 illik müqavilə izmalayacağı da qeyd olunurdu. 

Əlavə edək ki, Rakitiç 2020-ci ildə "Barselona"dan "Sevilya"ya keçmişdi. Daha əvvəl o, 2011-2014-cü illərdə də "Sevilya"da oynyıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right