"Bavariya" 16 yaşlı hücumçu alır

"Bavariya" İsveçin 1-ci liqasında mübarizə aparan AİK (Stokholm) klubunun hücumçusu Yun Kusi-Asareni heyətinə qatmağa hazrlaşır.

Newsport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen təmsilçisinin tezliklə 16 yaşlı forvardla müqavilə imzalayacağı gözlənilir. 

Bu transferə görə "Bavariya"nın qarşı tərəfə nə qədər ödəyəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, Kusi-Asare AİK-in yetirməsidir. O, U-19-dan əsas komandaya qədər yüksəlib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin sentyabrına qədərdir. "Transfermarkt" gənc hücumçunu 300 min avro dəyərində qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right