"Bayer" PSJ-nin futbolçusu ilə razılaşdı

"Bayer" PSJ-nin vingeri Marko Asensio transferini yekunlaşdırmağı planlaşdırır.

Newsport.az xəbər verir ki, Leverkuzen təmsilçisi bu qış transferi reallaşdırmağı hədəfləyib. Tərəflər artıq keçidlə bağlı razılaşıblar. 

27 yaşlı hücumçu "Bayer"ə keçməkdə qərarlıdır. Buna səbəb isə onun daha çox oyun şansı əldə etmək istəməsidir. 

Asensio ötən yaydan PSJ-də oynayır.. O, bu mövsüm bütün yarışlarda 12 oyuna çıxıb, 4 qol vurub və 3 qolun ötürməsini verib. Futbolçunun klub ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. "Transfermarkt" internet portalına görə onun təxmini dəyəri 20 milyon avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right