Fekir üçün rəqabət

Səudiyyə Ərəbistanının iki klubu eyni futbolçu uğrunda mübarizə aparır. Həm “Əl Hilal”, həm də “Əl Nəsr” Nabil Fekiri heyətinə qatmağa çalışır.

Newsport.az xəbər verir ki, 2018-ci ildə dünya çempionu olmuş fransalı yarımmüdafiəçinin satışında “Betis” də maraqlıdır. İspaniya klubu bu transferdən 20 milyon avro əldə edə bilər. Asiyanın aparıcı klublarının bu keçiddə rəqib olması qiymət artımına şərait yaradıb.

Artıq hər iki tərəf Fekirə şəxsi müqavilənin detallarını müzakirə edir. 2019-cu ildə Lion “Olimpik”indən 20 milyon avroya transfer edilən 30 yaşlı oyunçu klubunun razı salınacağına ümid edir. 2022-ci iln yanvarında müqaviləsinin müddətini uzadan Nabilin hələ 2,5 illik müqaviləsi var. Ona görə “Betis”in tələbləri də gözardı edilə bilməz.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right