“Qarabağ”ın maraqlandığı futbolçu Türkiyə klubuna keçib

“Bayern”in sabiq futbolçusu Duqlas Kosta karyerasını Türkiyədə davam etdirəcək.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin “Samsunspor”a keçəcəyini bildirilib. 33 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayacaq.

Braziliya millisinin sabiq üzvü son olaraq “Los-Anceles Qalaksi”də çıxış edib.

Əlavə edək ki, yerli mətbuatda “Qarabağ”ın Kostanı transfer etmək istədiyi bildirilirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right