Azərbaycan yığması “Tour of Albania”da

Şose velosipedi üzrə Azərbaycanın Elit/U23 yığma komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışında uğurla mübarizə aparır.

Newsport.az-ın məlumatına görə, yığma komandamızın liderlərindən olan Elçin Əsədov yarışın birinci mərhələsini ən yaxşı sprinterlərin sırasında – 7-ci pillədə başa vurub.

Velosipedçimiz aralıq finişlərində 17 xal toplayıb. Elçin Əsədov hazırda ümumi təsnifatda 6-cı yerdə qərarlaşıb. Milli komandamızın digər üzvü Musa Mikayılzadə isə birinci mərhələdə 12-ci olub.

Qeyd edək ki, ilk mərhələdə velosipedçilər 161 km məsafə qət ediblər.

Yarışın ikinci mərhələsi isə iyunun 1-də keçiriləcək. Bu mərhələdə velosipedçilər 153 km məsafədə mübarizə aparacaqlar.

Xatırladaq ki, mötəbər yarışda ölkəmizi Elit/U23 yığma komandamızın üzvləri Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edir. Millimizə baş məşqçi Asif Həsənov rəhbərlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right