MOK yeni layihəyə start verir

Pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) dünyaca məşhur “Michael Johnson Performans” (MJP) mərkəzi ilə əməkdaşlıq formasında yüksək səviyyəli idmançıların onlayn məsafədən hazırlığı üzrə yeni layihənin icrasına start verib. MJP ilə birgə hazırlanmış pilot layihəni Beynəlxalq Olimpiya Komitəsi (BOK) də yüksək dəyərləndirərək layihənin icrası üçün maliyyə və texniki dəstək göstərilməsinə qərar verib. Beləlikə, yüksək səviyyəli idmançıların hazırlığı üzrə rəqəmsal sistemin Azərbaycanda uğurlu icrası onu digər MOK və hətta bir sıra federasiyalar üçün model layihə kimi qəbul edilməsini də şərtləndirir.

Layihənin beynəlxalq əhəmiyyəti və MJP-nin Azərbaycandakı təcrübəsini nəzərə almaqla təklif olunan məşqçilik sisteminin 5 idman növünə tətbiqi nəzərdə tutulub və Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) layihə üçün seçilmiş 5 federasiyadan biridir. Bununla əlaqədar AzVİF-in baş katibi, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Asiya və Yaxın Şərq ölkələri üzrə texniki kuratoru Fərhad Əiyev layihənin icrasına nəzarət edəcək məsul şəxs qismində prosesə cəlb edilib. Bundan başqa, U23 yığma komandamızın üzvü Ayan Xankişiyeva, həmçinin məşqçilər Elçin Qasımov və Orxan Məmmədov da MJP ilə birgə hazırlanan layihədə iştirak edəcəklər.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah